Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa keçid təşkil edilir
20 Noyabr, 2025
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mobilliyin inkişaf
etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, bütün hərəkət iştirakçılarının
rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə daha bir layihə icra
edilir.
Qeyd
edək ki, İnqilab İsmayılov küçəsindən Zığ şosesinə çıxmaq istəyən sürücülər
1500 metr məsafə qət edərək Gəncə prospekti ilə kəsişmənin yaxınlığındakı geriyədönmə
yerindən istifadə etməli olurlar. Əks istiqamətdə isə Zığ şosesindən İnqilab
İsmayılov küçəsinə daxil olmaq istəyən nəqliyyat vasitələri Hövsan şosesindəki dairəyə kimi 5,5 km izafi nəqliyyat yürüşü
etməklə, yaxud Gəncə prospektində yaşayış binalarının
daxili yollarından istifadə edir. Bu da həmin yolların yüklənməsinə səbəb olur.
Layihəyə
əsasən, Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa keçid təşkil edilir.
Təhlillərin nəticəsinə əsasən, İnqilab İsmayılov küçəsinin Zığ şosesi ilə kəsişməsində
Zığ qəsəbə sakinlərinin yola birbaşa çıxışını təmin etmək məqsədilə dəmir
konstruksiyalı arakəsmələr götürülərək işıqforların quraşdırılması ilə
nizamlanan yol kəsişməsi yaradılır.
Layihənin
icrası ilə ərazidə nəqliyyat vasitələrinin hərəkəti asanlaşacaq.
Tətbiq
ediləcək dəyişikliklər barədə videoçarxda tanış ola bilərsiniz:
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir