141

Gəncənin nəqliyyat sahəsində mühüm dəyişikliklər həyata keçirilir

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Gəncə şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı işlər həyata keçirilib.


Gəncənin nəqliyyat sahəsində mühüm dəyişikliklər həyata keçirilir

III MDB Oyunları ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində çalışır

28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək III MDB Oyunları ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gücləndirilmiş iş rejimində çalışır. Agentliyin əməkdaşları Oyunların Təşkilat Komitəsi ilə birgə tədbirlərin keçiriləcəyi şəhərlərə tam heyətlə cəlb olunublar.

III MDB Oyunları ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində çalışır

Bakıdan Ağdama müntəzəm avtobus reysi fəaliyyətə başlayır

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı-Ağdam müntəzəm avtobus reysi təşkil edilir.

Bakıdan Ağdama müntəzəm avtobus reysi fəaliyyətə başlayır

“Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmandan irəli gələn məsələlərə həsr olunan brifinq keçirilib

Bakı şəhərinin inzibati ərazisində avtobusla müntəzəm sərnişin daşımaları xidməti 27 daşıyıcı tərəfindən təqdim edilir. Gündəlik sərnişindaşıma fəaliyyətinə 2300 avtobus cəlb edilir. 27 avtobus daşıyıcısının yalnız 5-i ümumi avtobus parkının 58%-nə sahibdir və istismar etdikləri avtobusların orta yaş həddi hazırda 7 il təşkil edir. Digər daşıyıcıların istismarında olan avtobusların orta yaş həddi isə 12 ildir.  
“Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmandan irəli gələn məsələlərə həsr olunan brifinq keçirilib

Missiyamız yerüstü nəqliyyat sisteminin qurulmasını təmin etməkdir

Gələcəyə baxışımız proqressiv, sektor üçün bilik və dəstək mərkəzi olan, yerli və beynəlxalq səviyyədə müasir yerüstü nəqliyyat xidmətlərini təmin edən tənzimləyici qurum olmaqdır.

İctimai nəqliyyat indi daha əlçatan

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi nəqliyyat infrastrukturunu təkmilləşdirərək sərnişinlərin ehtiyaclarına daha uyğun bir xidmət təklif edir. Sərnişindaşıma üzrə yeni marşrutlar və avtobusların sayının artırılması sayəsində şəhərdaxili və şəhərlərarası səfərlər daha rahat olub. Elektron xidmətlərin tətbiqi isə sərnişinlərə vaxt itirmədən müxtəlif xidmətlərdən yararlanmaq imkanı yaradır. Bu dəyişikliklər nəqliyyat xidmətlərinin keyfiyyətini artırmaq və təhlükəsizliyi təmin etmək məqsədi daşıyır.

Sərnişindaşıma xidməti

Sərnişinlərə yüksək nəqliyyat xidmətlərinin göstərilməsi, avtobus parkının yenilənməsi və əlçatanlığın artırılması əsas hədəfimizdir.

Yol hərəkətinin təşkili

AYNA yol hərəkətinin təşkilində innovativ yanaşma tətbiq edir.

Mobillik və əlçatanlıq

Şəhərin mobillik imkanlarının artırılması, hər kəs üçün bərabər mühitin yaradılması hədəfimizdir.

Parklanma xidməti

Məqsədimiz Bakı şəhərinin küçə və prospektlərində sürətli və rahat parklanma xidmətinin təşkili və şəhər mobilliyinin dayanıqlığına nail olmaqdlr.

Yükdaşıma xidməti

Daşıyıcıların yeni bazarlara istiqamətləndirilməsi AYNA-nın əsas prioritetlərindəndir.

Taksi

Taksi xidməti göstərən minik avtomobilləri ilə sərnişindaşıma sahəsində keyfiyyətin artırılması, sərnişinlərə yüksək xidmətin göstərilməsi üçün çalışırıq.

E-xidmətlər

Hamısına bax
Hamısına bax
`

Statistik göstəricilər

432+mln

2024-cı ildə sərnişin daşınıb

50+

ölkə ilə yükdaşıma həyata keçirilir

100+

kilometr avtobus zolağı çəkilib

2+mln

kilometr skuter və velosiped ilə qət edilib

Xəbərlər

Hamısına bax

Tərəfdaşlarımız

AYNA yerüstü nəqliyyat sahəsində təcrübə və resurs mübadiləsi aparmaq üçün müxtəlif yerli və beynəlxalq təşkilatlarla tərəfdaşlıq edir. Bu əməkdaşlıqlar vasitəsilə nəqliyyat xidmətlərinin keyfiyyəti və effektivliyi artırılır. Həmçinin tərəfdaşlarımızla birgə layihələr təhlükəsizlik və texnoloji yenilikləri tətbiq etməyə imkan verir. Məqsədimiz genişmiqyaslı əməkdaşlığı gələcəkdə də davam etdirməkdir.

Görülən işlər və nailiyyətlər

2024-cü ildə avtobusla səyahət edənlərin sayı artıb

2024-cü il ərzində ümumilikdə 432,1 miyon sərnişin daşınıb. Ötən il avtobuslardan istifadə edənlərin sayında artım qeydə alınıb. 2023-cü illə müqayisədə 26 milyon çox sərnişin daşınıb. Nağdsız marşrutlar üzrə isə 333,3 milyon sərnişindaşıma qeydə alınıb.

2,1 milyon km məsafə velosiped və skuterlərlə qət olunub

2024-cü ilin son 4 ayında 2,1 milyon km yol velosiped və skuterlərlə qət olunub. 460000 nəfər bu vasitələrdən istifadə edərək mənzil başına çatıb. Velosiped və skuter sifarişi üçün 800 000 dəfə müraciət olunub. 103 000 nəfər proqram təminatında qeydiyyatdan keçib. 2024-cü ildə müxtəlif icarə xidmətlərindən hər gün orta hesabla 2800 skuter sifarişi edilib!

100 km-dən çox avtobus zolağı çəkilib

Mobilliyin transformasiyası proqramı çərçivəsində paytaxtda zolaqlar şəbəkəsinin tətbiqinə başlanılıb. Yeni şəbəkədə təxminən 160 km avtobus zolaqlarının yaradılması nəzərdə tutulub. İndiyədək paytaxtın küçə və prospektlərində 100 km-dən çox avtobus zolağı çəkilib.

İstifadəçilər üçün

Elektrik doldurma məntəqələri

Xəritədə və ya siyahı formasında elektrik doldurma məntəqələri ilə tanış ola bilərsiniz

Avtovağzalların siyahısı

Xəritədə və ya siyahı formasında avtovağzallar ilə tanış ola bilərsiniz

Təklif və şikayətlər

Təkliflərlə tanış ola bilərsiniz

Avtobus marşrut xətləri

Avtobusların marşrut xətləri ilə tanış ola bilərsiniz

Bizimlə əlaqə

Hər hansı şikayət, təklif və ya sualınız olarsa bizə yaza, zəng edə və ünvanımıza yaxınlaşa bilərsiniz.

Telefon: 141

E-Poçt: 141@ayna.gov.az

Ünvan: Bakı ş., Hacı Məmmədov küçəsi, 5

Sualınız var? Bizə yazın