51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
Sərnişindaşıma
sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin
təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq paytaxtın 51 nömrəli şəhərdaxili,
118A və 162 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri
müəyyən edilib.
51
nömrəli (Bəkir Çobanzadə küçəsi – Polad Həşimov küçəsi) marşrut üzrə hüquqi şəxs
"Bus Trans" MMC;
118A
nömrəli (“Koroğlu” NMM – Zabrat qəsəbəsi) marşrut üzrə hüquqi şəxs "Baku
Trans–2022" MMC;
162
nömrəli (Ramana Yeni yaşayış kompleksi – "Koroğlu" NMM) marşrut üzrə
hüquqi şəxs "Xaliq Faiqoğlu" MMC qalib elan olunublar.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun təşkil olunur.
Marşrut
xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin
marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir
12 Oktyabr, 2026
Futbol oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir