92 nömrəli marşrutun bütün avtobusları yenilənir
13 Oktyabr, 2026
Paytaxtın Binəqədi qəsəbəsinin 10 May küçəsini metronun
“Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 92 nömrəli marşrutda istismar olunan
bütün avtobuslar yenilənir.
Marşrut xəttində avtobusların bir qismi bu ilin
aprel ayında yenilənmişdi. Daşıyıcı tərəfindən yeni avtobuslar gətirilərək xəttə
əlavə olunur.
Oktyabrın 14-dən marşrut üzrə 14 müasir, ekoloji cəhətdən
təmiz CNG texnologiyası ilə təchiz olunan nəqliyyat vasitəsi sərnişinlərin xidmətində
olacaq.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60
AZN müəyyən edilib.
Vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz
sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi
AYNA tərəfindən diqqətdə saxlanılır.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
12 Oktyabr, 2026
Futbol oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir