Zərifə Əliyeva küçəsində minib-düşmə yeri yaradılıb
03 Dekabr, 2025
AYNA tərəfindən avtobus
zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini
təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.
Növbəti belə yer Səbail rayonunun
Zərifə Əliyeva küçəsi, giriş 57 ünvanında təşkil edilib və müvafiq lövhə yerləşdirilib.
Məqsəd avtobus zolaqlarında
ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan
yaratmaqdır.
Minib-düşmə yerlərindən
istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr
ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl
edilməlidir.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir