Yeni istiqamətlər üzrə keçiriləcək müsabiqənin tarixləri açıqlanıb
04 Sentyabr, 2023
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 15 və 18 avqust 2023-cü il tarixlərində müsabiqəyə təqdim etdiyi 33 və 36 nömrəli şəhərdaxili, 168 nömrəli qəsəbədaxili, 169 və 108A nömrəli şəhərətrafı, Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Ağcabədi, Bakı-İmişli və Sumqayıt-Quba şəhərlərarası, eləcə də Mingəçevir 12 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutları üzrə müsabiqələri sentyabr və oktyabr aylarında keçirəcək.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
İddiaçıların təklifləri komissiya tərəfindən
- 33, 36, 168 və 169 nömrəli müntəzəm avtobus marşrutları, eləcə də Bakı-Şabran istiqamətində 5 Lot üzrə sentyabrın 26-da,
- 108A nömrəli müntəzəm avtobus marşrutu, Bakı-Şabran və Bakı-Siyəzən istiqamətlərində 6 Lot üzrə sentyabrın 29-da,
- Bakı-Siyəzən istiqamətində 5 Lot üzrə oktyabrın 3-də,
- Mingəçevir 12 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutu, eləcə də Bakı-Ağcabədi və Bakı-Siyəzən istiqamətlərində 5 Lot üzrə oktyabrın 6-da,
- Bakı-İmişli və Sumqayıt-Quba istiqamətlərində 5 Lot üzrə oktyabrın 10-da müsabiqə keçirilən zaman açıqlanacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir