Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır
19 Fevral, 2026
“Böyük Qayıdış” proqramı çərçivəsində
işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat
xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
(AYNA) tərəfindən yeni Bakı-Laçın müntəzəm avtobus reysi təşkil edilir.
Fevralın 25-dən fəaliyyətə başlayacaq
Bakı-Laçın reysi üzrə avtobuslar Laçın-Həkəri-Zəngilan yolu ilə hərəkət edəcək.
Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Laçına hər gün saat
08:00-da, əks istiqamətdə isə 16:00-da yola düşəcək. Bakı-Laçın reysi üzrə gedişhaqqı
16,10 AZN müəyyən edilib.
Marşrut üzrə aralıq məntəqəsi
Zəngilan rayonunun Ağalı kəndi təyin olunub. Aralıq məntəqə üzrə gedişhaqqı 13,80
AZN müəyyən edilib.
Qeyd edək ki, hazırda sərnişinlər
Laçına səfər etmək üçün Bakı-Xankəndi-Laçın müntəzəm avtobus reysindən istifadə
edirlər. Yeni Bakı-Laçın reysi istifadəyə verildikdən sonra Bakı-Xankəndi-Laçın
reysi artıq Bakı-Şuşa reysi kimi fəaliyyət göstərəcək və son məntəqə Şuşa şəhəri
təyin ediləcək.
Bakı-Şuşa müntəzəm avtobus
reysi, hazırda olduğu kimi, gündə 2 dəfə həyata keçiriləcək. Belə ki, reys üzrə
avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Şuşaya saat 07:00 və 11:00,
əks istiqamətdə isə 17:00-da və növbəti gün saat 09:00-da yola düşəcək. Məlumat
üçün bildirək ki, reyslər üzrə avtobusların Şuşa şəhərindən və digər aralıq məntəqələrdən
çıxış vaxtlarında dəyişiklik edilməyib.
Biletləri yalnız onlayn
qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür. Xatırladaq ki, Azərbaycan
vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən
işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim
olunur.
Digər xəbərlər
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
01 Iyun, 2026
161 və 162 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərir