Yasamal rayonunda 5 ünvanda minib-düşmə yeri yaradılıb
17 Oktyabr, 2025
AYNA tərəfindən
avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə
mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam
etdirilir.
Növbəti
belə yerlər Yasamal rayonunun A.M.Şərifzadə küçəsində Respublika Klinik Xəstəxanasının,
2 nömrəli Bakı Baza Tibb Kollecinin, "Kontakt Home" və "İrşad
Telecom"un qarşısında, eləcə də Cəfər Cabbarlı küçəsində "Amber
Hotel"in qarşısında təşkil edilib və müvafiq lövhə yerləşdirilib.
Məqsəd
avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin
minib-düşməsinə imkan yaratmaqdır.
Minib-düşmə
yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı,
minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə
qaydalarına əməl edilməlidir.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir