“Xocəsən” metro stansiyası istiqaməti üzrə müntəzəm avtobus marşrutları istifadəyə verilib
12 May, 2023
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması, sıxlığın azaldılması, nəqliyyat infrastrukturunun səmərəli istifadəsi ilə bağlı tədbirlər çərçivəsində Ceyranbatan-“Xocəsən” metro stansiyası-Ceyranbatan, Masazır-“Xocəsən” metro stansiyası-Masazır müntəzəm avtobus marşrutlarını istifadəyə verib.
Marşrutlar Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin nəticəsinə əsasən fəaliyyətə başlayıb.
Ceyranbatan qəsəbəsi-“Xocəsən” metro stansiyası istiqaməti üzrə 505 nömrəli marşrut xətti 6, Masazır qəsəbəsi-“Xocəsən” metro stansiyası istiqaməti üzrə 506 nömrəli marşrut xətti isə 7 orta tutumlu avtobusla sərnişinlərə xidmət göstərir. Saat 06:10-dan 22:00-dək sərnişindaşımanı həyata keçirən avtobuslar arasında interval 15-20 dəqiqə təşkil edir.
Uzunluğu 24,2 km təşkil edən Ceyranbatan qəsəbəsi-“Xocəsən” metro stansiyası marşrut xəttinin hərəkət istiqaməti üzrə aşağıdakı dayanacaqlar nəzərdə tutulub: Ceyranbatan qəsəbəsi, Bakı Mühəndislik Universiteti, “AAAF Park” yaşayış kompleksi, “Kristal Abşeron-2” yaşayış kompleksi (Xırdalan Dəmiryol stansiyası), Xırdalan dairəsi, Sulutəpə, “Xocəsən” metro stansiyası.
16,7 kilometrlik Masazır qəsəbəsi-“Xocəsən” metro stansiyası marşrut xəttinin hərəkət istiqaməti üzrə aşağıdakı dayanacaqlar nəzərdə tutulub: “Abşeron City” yaşayış kompleksi, “Qurtuluş-93” yaşayış kompleksi, “Yeni Bakı” yaşayış massivi, Masazır dairəsi, “Kristal Abşeron-2” yaşayış kompleksi (Xırdalan Dəmiryol stansiyası), Sulutəpə, “Xocəsən” metro stansiyası.
Qeyd edək ki, şəhərlərarası və şəhərdaxili marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.
Digər xəbərlər
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
01 Iyun, 2026
161 və 162 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərir