Xaqani küçəsində mikromobillik zolağının təşkilinə başlanılıb
22 Oktyabr, 2025
AYNA tərəfindən Bakı şəhərində mikromobillik
infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd
şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən
hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir.
Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli
qaydada velosiped yolları əlaqələndirilir.
Görülən işlər çərçivəsində daha əvvəl Xaqani küçəsinin
Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsinədək təşkil edilən
mikromobillik şəbəkəsi hazırda Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər
uzadılır.
Bununla da Xaqani küçəsində olan zolaqlar Bülbül prospektindəki
zolaqlarla əlaqələndirilir. Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri
həyata keçirilir. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin
quraşdırılması həyata keçiriləcək.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir