Xaqani bağı və Fəvvarələr meydanından Qış parkına və Mərkəzi parka iki piyada marşrutu formalaşdırılır
20 May, 2026
Prezident
İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada
zonalarının və
dəhlizlərinin yaradılması davam etdirilir.
Bu yaxınlarda
paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış Parkını
optimal şəkildə birləşdirən İslam Səfərli küçəsi piyadalaşdırılaraq şəhər
sakinləri və qonaqların ixtiyarına verildi.
İctimaiyyət
tərəfindən rəğbətlə qarşılanan, müasir şəhərsalma prinsiplərinə tam uyğun olan
bu laylihənin İslam Səfərli küçəsinə yaxın ərazilərdə davam etdirilməsi nəzərdə
tutulur.
Belə
ki, Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən Əlimərdan Topçubaşov, Lev Tolstoy,
Yusif Məmmədəliyev, Rəsul Rza və Xaqani küçələrinin piyadalaşdırılması ilə
bağlı qərar qəbul edilib.
Yaxın
günlərdə istər yerli sakinlər, istərsə də qonaqlar üçün olduqca cəlbedici olan
bu məkanlarla bağlı dünya təcrübəsinə əsaslanan layihənin icrasına
başlanılacaq.
Xatırladaq
ki, 19–20-ci əsrlərə aid tarixi tikililərin mövcud olduğu bu küçələr hazırda
avtomobil sıxlığının mərkəzindədir. Sakinlər və şəhərimizin qonaqları avtomobil
sıxlığı səbəbindən bu məkanlarda yerləşən tarixi abidələrlə tanış ola bilmirlər.
Adıçəkilən küçələrdə səkilərin dar, piyada axınının isə çox olması səbəbindən ərazi
faktiki olaraq avtomobilsiz hərəkət iştirakçıları tərəfindən geniş istifadə edilir.
Bütün
bunları nəzərə alaraq, piyadalar arasında populyar olan bu ərazilərin tamamilə avtomobilsiz
edilməsi nəzərdə tutulur.
Layihənin
icrası nəticəsində İçərişəhərdən kənarda, Bakının mərkəzində yerləşən piyada
küçələrinin ümumi uzunluğu ciddi şəkildə artacaq. Bununla da şəhər mərkəzinin
piyada infrastrukturunun daha da inkişafı və genişləndirilməsi təmin ediləcək. Həmçinin
Xaqani bağı və Fəvvarələr meydanından Qış parkına və Mərkəzi parka uzanan iki
müstəqil piyada marşrutu formalaşacaq.
Piyadalaşdırılacaq
küçələrin parklanma yerləri əlçatanlıq saxlanılmaqla kəsişən küçələrə köçürüləcək,
əlavə yerlər təşkil ediləcək. Eyni zamanda, operativ və kommunal xidmət
avtomobillərinin bu küçələrə daxil olması üçün şərait yaradılacaq.
Digər xəbərlər
21 May, 2026
Taxoqraf emalatxanasının fəaliyyətə başlaması üçün addımlar
20 May, 2026
Şəfayət Mehdiyev küçəsi, Vaqif və Mətbuat prospektlərində mikromobillik zolaqları təşkil edilib
20 May, 2026
WUF13 çərçivəsində 70000-ə yaxın sərnişin daşınıb
18 May, 2026
WUF13 çərçivəsində 24 000-ə yaxın sərnişin daşınıb
16 May, 2026
WUF13-ə hazırlıq dövründə və forumun keçiriləcəyi müddətdə AYNA-nın fəaliyyəti