WUF13 çərçivəsində 70000-ə yaxın sərnişin daşınıb
20 May, 2026
Azərbaycanın ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma
Forumu (WUF13) çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
qonaqların və tədbir iştirakçılarının “Neoplan” markalı və elektrikli
avtobuslarla rahat, fasiləsiz və təhlükəsiz daşınması təmin edilir.
Forumda iştirak üçün Azərbaycana gələn qonaqların
daşınması Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir.
WUF13 çərçivəsində ümumilikdə 9 HUB, 2 son məntəqə
və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərir.
Forumun keçirildiyi 3 gün ərzində (17-19 may
tarixinlərində) HUB-lar və tədbir məkanı arasında avtobuslarla 3260 səfər yerinə
yetirilib və 56 858 sərnişin daşınıb.
Ümumilikdə isə tədbirlə bağlı daşımalar başlayandan
(12-19 may tarixlərində) hava limanı, HUB-lar və tədbir məkanı arasında avtobuslarla
5555 səfər yerinə yetirilib və 68 263 sərnişin daşınıb. Daşımalara ümumilikdə
180 avtobus cəlb olunub.
Qeyd edək ki, sözügedən marşrutların idarə olunması
və nəqliyyat əməliyyatlarının icrası AYNA-nın Monitorinq Mərkəzi tərəfindən
24/7 rejimində izlənilir. Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün
sürücü və idarə heyəti də daxil olmaqla 1500-ə yaxın əməkdaş prosesə cəlb
olunub.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir