WUF13 çərçivəsində 24 000-ə yaxın sərnişin daşınıb
18 May, 2026
Azərbaycanın ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma
Forumu (WUF13) çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
qonaqların və tədbir iştirakçılarının “Neoplan” markalı və elektrikli
avtobuslarla rahat, fasiləsiz və təhlükəsiz daşınması təmin edilir.
Forumda iştirak üçün Azərbaycana gələn qonaqların
daşınması Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir.
WUF13 çərçivəsində ümumilikdə 9 HUB, 2 son məntəqə
və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərir.
Ümumilikdə tədbirlə bağlı daşımalar başlayandan (12-17
may tarixlərində) hava limanı, HUB-lar və tədbir məkanı arasında avtobuslarla 2
909 səfər yerinə yetirilib və 23 671 sərnişin daşınıb. Daşımalara ümumilikdə
180 avtobus cəlb olunub.
Qeyd edək ki, sözügedən marşrutların idarə olunması
və nəqliyyat əməliyyatlarının icrası AYNA-nın Monitorinq Mərkəzi tərəfindən
24/7 rejimində izlənilir. Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün
sürücü və idarə heyəti də daxil olmaqla 1500-ə yaxın əməkdaş prosesə cəlb
olunub.
Digər xəbərlər
16 May, 2026
WUF13-ə hazırlıq dövründə və forumun keçiriləcəyi müddətdə AYNA-nın fəaliyyəti
15 May, 2026
“AYNA MaaS”a “WUF13” funksiyası əlavə olunub
14 May, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
14 May, 2026
Paytaxtda təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları mayın 15-dən qüvvəyə minir
14 May, 2026
Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində icra olunan layihə yekunlaşmaq üzrədir