WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb
23 May, 2026
Azərbaycanın
ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13)
çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
qonaqların və tədbir iştirakçılarının “Neoplan” markalı və elektrikli
avtobuslarla rahat, fasiləsiz və təhlükəsiz daşınması təmin edilib.
WUF13
çərçivəsində ümumilikdə 9 HUB, 2 son məntəqə və 67-dən çox aralıq dayanacaq fəaliyyət
göstərib.
Tədbirlə
bağlı daşımalar başlayandan (12-22 may tarixlərində) hava limanı, HUB-lar və tədbir
məkanı arasında avtobuslarla 10 220 səfər yerinə yetirilib və 179 000-ə yaxın sərnişin
daşınıb. Daşımalara ümumilikdə 180 avtobus cəlb olunub.
Qeyd
edək ki, sözügedən marşrutların idarə olunması və nəqliyyat əməliyyatlarının
icrası AYNA-nın Monitorinq Mərkəzi tərəfindən 24/7 rejimində izlənilib. Nəqliyyat
əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və idarə heyəti də daxil
olmaqla 1500-ə yaxın əməkdaş cəlb olunub.
Digər xəbərlər
26 May, 2026
Naxçıvanda yol nişanları yenilənir
25 May, 2026
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
22 May, 2026
Daha bir ünvanda ödənişsiz parklanma məntəqələri və minib-düşmə yerləri yaradılıb