Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən tədbir keçirilib
12 Dekabr, 2023
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən tədbir keçirilib. Tədbirdə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Dahi şəxsiyyətin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir. Bildirilib ki, xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində Heydər Əliyev siyasəti və işıqlı əməlləri dayanır.
Tədbirdə ulu öndərin mənalı həyat və zəngin siyasi fəaliyyətinə həsr olunan videoçarx, eləcə də “Heydər Əliyev və Azərbaycanın nəqliyyat strategiyası” adlı təqdimat nümayiş etdirilib.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir