Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbir təşkil olunub
10 May, 2023
Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) növbəti tədbir keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə dahi şəxsiyyətin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov çıxış edərək Ulu Öndərin zəngin həyatına və mənalı ömür yoluna nəzər salıblar. Bildirilib ki, uzaqgörən lider, cəsarətli insan, həyatını xalqına həsr edən, bütün dövrlərdə ölkəsinə sədaqətlə xidmət göstərən, Azərbaycanı inamla irəliyə aparan və dünyada tanıdan Heydər Əliyevin əvəzolunmaz xidmətləri sayəsində bu gün Azərbaycan beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınır.
Tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir