141

Əsas Xəbərlər

Taxoqraf emalatxanasının fəaliyyətə başlaması üçün addımlar

Taxoqraf emalatxanasının fəaliyyətə başlaması üçün addımlar

21 May, 2026

Taxoqraf emalatxanasının fəaliyyətə başlaması üçün addımlar

Taxoqraf cihazlarına texniki xidmət üzrə emalatxana kimi fəaliyyətə başlamaq üçün hüquqi və fiziki şəxslər ilk növbədə Azərbaycan Akkreditasiya Mərkəzinə müraciət etməlidirlər.


Müraciətə aşağıdakı sənədlər əlavə olunur:

•        müraciət forması;

•        uyğunluğu qiymətləndirən qurumun əsasnaməsinin layihəsi (2 nüsxə);

•        akkreditasiya sahəsinin layihəsi (2 nüsxə);

•        idarəetmə sisteminin keyfiyyət üzrə rəhbərlik sənədi;

•        işçi heyəti barədə məlumat (sayı, ixtisası və təcrübəsi);

•        laboratoriyanın pasportu (laboratoriyalar üçün);

•        şəxsiyyəti təsdiq edən sənədin surəti (fiziki şəxslər üçün);

•        hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (hüquqi şəxslər üçün).


Mərkəzdən akkreditasiya attestatını əldə edənlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq registrdə qeydiyyata alınmaları üçün AYNA-nın Elektron Xidmətlər Portalında “Rəqəmsal taxoqraf” altsistemi vasitəsilə müraciət etməlidirlər.


Müraciətə baxıldıqdan sonra emalatxanaya taxoqrafların sınağı və kalibrlənməsi zamanı istifadə olunması üçün qeydiyyat nömrəsi verilir.


Registirdə qeydiyyat nömrəsi əldə edildikdən sonra taxoqrafın emalatxana kartının alınması üçün müraciət olunur.


Dəstəyə ehtiyacı olan hüquqi və fiziki şəxslər AYNA-nın Yük daşımaları departamenti ilə əlaqə saxlaya bilərlər:

“Qaynar xətt”: 141

Daxili nömrələr: 1160, 1161

Mobil: 077 455 97 88

Xəbəri sosial platformalarda paylaş: