Tərtərdə yaşayan şəhid ailələrinin üzvləri Şuşaya səfər ediblər
29 Avqust, 2023
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Tərtərdə yaşayan şəhid ailələrinin Şuşaya səfəri reallaşdırılıb. Səfərdə 80-ə yaxın şəhid ailəsi üzvü iştirak edib. Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edən və orada şəhidlik zirvəsinə ucalan hərbçilərin valideynləri də iştirakçılar arasında olub.
Səfər çərçivəsində onlar Azərbaycanın mədəniyyət paytaxtının zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan bərpa və quruculuq işləri ilə tanış olublar. Şəhid ailələrinin üzvləri Cıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini, Bülbülün ev muzeyini ziyarət ediblər. Gəzinti Şuşanın tarixi-mədəni abidələri və Şuşa qalasında davam edib.
Səfər müddətində şəhidlərin yaxınları qəhrəman övladlarımızın keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs ediblər.
Qeyd edək ki, bu il ərzində Ağdaş, Gəncə və Lənkəranda yaşayan şəhid ailəsi üzvlərinin də Şuşaya səfərləri təşkil olunub.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir