Sürücülərin iş və istirahət rejiminin təmin edilməsi istiqamətində mühüm addım atılıb
14 Aprel, 2026
Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda
sürücülərin iş və istirahət rejiminə riayət olunmasının təmin edilməsi məqsədilə
zəruri tədbirlər həyata keçirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Avropa
Komissiyasının Birgə Araşdırma Mərkəzinin İspra şəhərində təşkil edilən sessiyasında
təmsil olunub. Prosedur qaydalarına uyğun olaraq rəqəmsal taxoqraf sisteminə
aid Milli Açarlar yenilənərək sertifikatlaşdırılıb və istehsalçı şirkətə təhvil
verilib.
Taxoqraf kartlarının istehsalına dair nəzərdə
tutulan bütün işlər yekunlaşdırılıb, kartların istehsalına başlanılıb və ilk
kartlar artıq Azərbaycana çatdırılıb.
Beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olmaq
istəyən şəxslər taxoqrafdan istifadə, ona texniki xidmət üzrə xüsusi proqram əsasında
hazırlıq keçərək müvafiq şəhadətnamə əldə edə, daha sonra AYNA-nın Elektron
xidmətlər portalı vasitəsilə taxoqraf kartının alınması üçün müraciət edə bilərlər.
Qeyd edək ki, avtomobil nəqliyyatı ilə beynəlxalq
daşımalarda sürücülərin iş və istirahət rejiminə riayət olunmasının təmin edilməsi
məqsədilə son 5 il ərzində 12 624 rəqəmsal taxoqraf kartı ölkəyə gətirilib, operator
və sürücülərə təqdim edilib.
Digər xəbərlər
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
01 Iyun, 2026
161 və 162 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərir