Sumqayıt və Bakı arasında ekspress avtobuslar fəaliyyətə başlayır
19 Yanvar, 2024
Sumqayıtdan Bakı şəhəri istiqamətinə ictimai nəqliyyatın təşkili ilə bağlı sərnişin tələbatı nəzərə alınaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Sumqayıt şəhər Avtovağzalını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirəcək yeni ekspress marşrut xətti təşkil edilib.
21 yanvar tarixindən fəaliyyətə başlayacaq ekspress avtobuslar Sumqayıt Avtovağzalı, “Bağçalı evlər” yaşayış kompleksi, Sumqayıt dairəsi, Ceyranbatan qəsəbəsi, Avtovağzal metro stansiyası, Bakı Beynəlxalq Avtovağzal Kompleksi marşrutu üzrə hərəkət edəcək.
Sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün səfərlər Neoplan markalı 48 yerlik komfortlu avtobuslarla həyata keçiriləcək. Xətdə 14 avtobus 11 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.
Ekspress avtobuslarda gedişhaqqı 0.80 azn təşkil edir. Ödənişlər nağdsız qaydada olacaq.
Qeyd edək ki, “BakıKart”ın balansını artırmaq üçün həm Bakı Beynəlxalq Avtovağzal Kompleksi, həm də Sumqayıt avtovağzalında ödəniş terminalları yerləşdirilib. Sərnişinlər, həmçinin “BakıKart” mobil tətbiqi üzərindən QR kod vasitəsilə də ödənişlərini edə bilərlər.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir