Sumqayıt-Laçın reysi fəaliyyətə başlayır
21 Fevral, 2026
“Böyük
Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların
keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Sumqayıt-Laçın müntəzəm avtobus
reysi təşkil edilir.
Fevralın
23-dən fəaliyyətə başlayacaq reys üzrə avtobuslar hər gün Sumqayıt
Avtovağzalından saat 07:00-da, əks istiqamətdə isə 17:30-da yola düşəcək.
Sumqayıt-Laçın reysi üzrə gedişhaqqı 16,60 AZN müəyyən edilib.
Xocalı,
Xankəndi və Şuşa şəhərləri marşrut üzrə aralıq məntəqələri təyin edilib. Sumqayıt-Xocalı
üzrə gedişhaqqı 14,30 AZN, Sumqayıt-Xankəndi üzrə 14,80 AZN, Sumqayıt-Şuşa üzrə
isə 15,20 AZN müəyyən edilib.
Qeyd
edək ki, biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə
etmək mümkündür.
Xatırladaq
ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən
bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr
avtomatik qaydada təqdim olunur.
Digər xəbərlər
16 Aprel, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
15 Aprel, 2026
2, 3 və 4 aprel 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
14 Aprel, 2026
Sürücülərin iş və istirahət rejiminin təmin edilməsi istiqamətində mühüm addım atılıb
13 Aprel, 2026
AYNA “Gəncə KOB evi”ndə sahibkarlara xidmət göstərir
13 Aprel, 2026
AYNA Naxçıvanda təlimlərə başlayıb