Şəhərlərarası marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
11 Avqust, 2026
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində
qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı
olaraq Bakı-Sınıq Körpü, Bakı-Şəki, Bakı-Qusar, Bakı-Xudat, Bərdə-Göyçay, Samux-Gəncə
şəhərlərarası, eləcə də Ziyadlı kəndi (Samux) – Gəncə (dəmiryol vağzalı)
istiqamətində avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Bakı-Sınıq Körpü marşrutları üzrə hüquqi şəxslər
"Kaspian Ekspress" MMC və "Xan Sarayı" MMC;
Bakı-Şəki marşrutu üzrə hüquqi şəxs "Xan Sarayı"
MMC;
Bakı-Qusar marşrutu üzrə hüquqi şəxs "Aliosman
Ağasoy" MMC;
Bakı-Xudat marşrutu üzrə hüquqi şəxs "Uğurlu
Yol" MMC;
Bərdə-Göyçay marşrutu üzrə fiziki şəxs Bayramov Şəhriyar
Hidayət oğlu;
Samux (Füzuli küçəsi) – Gəncə (dəmiryol vağzalı) və
Ziyadlı kəndi (Samux) - Gəncə (dəmiryol vağzalı) marşrutları üzrə isə hüquqi şəxs
“Kamil Avtonəqliyyat" MMC qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən
“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil
olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə
uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd
sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və
rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın
təmin olunmasıdır.
Digər xəbərlər
10 Avqust, 2026
9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
10 Avqust, 2026
Bakıda mikromobillik vasitələri ilə 18 milyon km-ə yaxın məsafə qət edilib
07 Avqust, 2026
Şəhərlərarası, şəhərətrafı və şəhərdaxili marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
07 Avqust, 2026
“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb
06 Avqust, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir