Şəfayət Mehdiyev küçəsi, Vaqif və Mətbuat prospektlərində mikromobillik zolaqları təşkil edilib
20 May, 2026
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində
işlər davam etdirilir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və
mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini
və rahatlığını təmin etməkdir.
Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli
qaydada velosiped yolları əlaqələndirilir.
Görülən işlər çərçivəsində daha 2 yeni yol sahəsində
– Şəfayət Mehdiyev küçəsində və Vaqif prospektində mikromobillik zolaqları təşkil
edilib. Mətbuat prospektində daha öncə təşkil edilmiş zolaqlar isə Akim Abbasov
küçəsi ilə kəsişməyə qədər uzadılıb. Ərazidə müvafiq nişanlanma işləri
aparılıb. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin
quraşdırılması həyata keçiriləcək.
Növbəti mərhələdə Akim Abbasov küçəsində salınacaq
yeni mikromobillik zolağı sayəsində dairəvi hərəkət təmin olunacaq. Vaqif
prospektində salınan zolaqların isə gələcək perspektivdə “Atatürk” parkındakı
velosiped zolağı ilə əlaqələndirilməsi planlaşdırılır.
Şəhər konsepsiyası çərçivəsində mikromobillik
zolaqları şəbəkəsi genişləndiriləcək. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər
zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat
vasitəsinə çevirməkdir.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir