Qurumlararası əməkdaşlığın gücləndirilməsi məqsədilə infosessiyalar keçirilib
11 Iyun, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qurumlararası əməkdaşlığın
inkişaf etdirilməsi, nəqliyyat sahəsində həyata keçirilən yeniliklərin tanıdılması,
əməkdaşların peşəkar inkişafının dəstəklənməsi məqsədilə silsilə infosessiyalar
təşkil olunub.
İnfosessiyalar
çərçivəsində “Azərbaycan
Dəmir Yolları” (ADY), “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)”,
Elektron Təhlükəsizlik Xidməti (ETX) və Milli Süni İntellekt Mərkəzinin (MSİM) əməkdaşları
ilə görüşlər keçirilib. Tədbirlər zamanı AYNA-nın fəaliyyət istiqamətləri, şəhər
mobilliyinin inkişafı, ictimai nəqliyyatın təkmilləşdirilməsi, rəqəmsal
transformasiya layihələri və nəqliyyat sektorunda həyata keçirilən islahatlar
barədə ətraflı məlumat verilib.
İnteraktiv
formatda keçirilən sessiyalarda iştirakçıların sualları cavablandırılıb,
qarşılıqlı fikir mübadiləsi aparılıb və əməkdaşlıq imkanları müzakirə edilib.
AYNA-nın
həyata keçirdiyi bu cür maarifləndirici tədbirlər qurumlar arasında məlumatlılığın
artırılmasına, təcrübə mübadiləsinin genişləndirilməsinə və dayanıqlı mobillik sahəsində
əməkdaşlığın inkişafına xidmət edir. Agentlik tərəfindən infosessiyaların davam
etdirilməsi nəzərdə tutulub.
Digər xəbərlər
10 Iyun, 2026
1 - 4 iyun tarixləri aralığında gündüz və gecə görülən işlərin xronikası
09 Iyun, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
08 Iyun, 2026
Təbriz küçəsi daha rahat və təhlükəsiz hərəkət məkanına çevriləcək
05 Iyun, 2026
Daha 6 tibb müəssisəsinin yanında minib-düşmə yerləri yaradılıb
04 Iyun, 2026
“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 1,8 dəfə artıb