Qax rayonunda yol nişanlanma işləri aparılır
29 Iyun, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Qax rayonunda yol hərəkətinin təhlükəsizliyinin
artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma
işləri davam etdirilir.
Qax
şəhərinin Heydər Əliyev və Azərbaycan prospektləri, Ü.Hacıbəyli, C.Cabbarlı,
M.Müşfiq, S.Vurğun, N.Nərimanov, İ.Mustafayev, S.Qocayev küçələrində üfüqi
nişanlanma xətlərinin və piyada keçidlərinin yenilənməsi həyata keçirilir. Ümumilikdə
45 km-dən çox ərazidə xətləmə işləri görülüb. Hazırda Qaxla Şəkini birləşdirən
35 km-lik yolun xətlənməsi aparılır.
Qax
rayonunun Tasmalı, Qaratala, Qaysarlı, Ağyazı, Zəyəm, Marsan və Güllük kəndlərində və Qax-Zaqatala yolunda hərəkət
iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə müvafiq yol nişanları da
quraşdırılıb.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir