Paytaxtdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 42%-i yenilənib
09 Iyul, 2026
Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması
ilə bağlı tədbirlər çərçivəsində 2023–2026-cı illər ərzində keçirilən
müsabiqələr nəticəsində marşrut xətlərində daha müasir və komfortlu nəqliyyat
vasitələri cəlb olunub.
2023-cü ildə 92, 2024-cü ildə 106, 2025-ci ildə 241, 2026-cı ilin 6 ayında isə 130
marşrut reysi üzrə
müsabiqə keçirilib.
Bu dövr ərzində “Neoplan Cityliner”, “King Long”,
“Yutong”, “İsuzu”, “JAC Sunray”, Jac Ankai, “Qazel NEXT”, “MAN”, “TEMSA HD 12”,
“Hyundai County”, “Golden Dragon”, “Zhonthong” markalı 145 müasir avtobus şəhərlərarası
daşımalara cəlb edilib. Bakı şəhərindən ölkəninin digər şəhər və rayonlarına şəhərlərası
daşıma üzrə avtobus parkının 42%-i yenilənib.
Avtobuslardan 24-ü 2023, 38-i 2024, 69-u 2025, 15 ədədi
isə 2026-cı ildə istismara buraxılıb.
Eyni zamanda, müsabiqələr nəticəsində Bakı şəhərindən
regionlara işləyən avtobusların orta yaşı 18 ildən 12-yə endirilib.
Digər xəbərlər
08 Iyul, 2026
Paytaxtda mikromobillik zolaqlarının uzunluğu 66,6 km-ə çatdırılıb
06 Iyul, 2026
Mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb
03 Iyul, 2026
3 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
02 Iyul, 2026
19, 20 iyun tarixlərində gündüz və gecə görülən işlərin xronikası
02 Iyul, 2026
10 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir