Paytaxtda yeni parklanma yerləri təşkil edilib
30 Oktyabr, 2025
Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın
fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin edilməsi və şəhər
mobilliyinin dayanıqlığına nail olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) tərəfindən parklanma məntəqələrinin təşkili davam etdirilir.
Yasamal rayonunun
Dadaş Bünyadzadə küçəsində 5 parklanma
məntəqəsi yaradılaraq
sürücülərin istifadəsinə verilib. Parklanma yerləri təşkil edilən zaman fiziki imkanları
məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılıb.
Yaxın günlərdə Uluxanlı
və Füzuli küçələrində də
parklanma yerləri istifadəyə veriləcək.
Nişanlanma xətlərinin çəkildiyi küçələrdə müvafiq yol nişanları quraşdırılaraq yeni
məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarında olacaq.
Parklanmanın düzgün idarə edilməsi küçələrin daha
effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi
sahiblərinə şəhərin ərazisindən səmərəli istifadə etməyə imkan yaradır.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir