Paytaxtda mikromobillik zolaqlarının uzunluğu 66,6 km-ə çatdırılıb
08 Iyul, 2026
Mikromobillik vasitələrinin sifarişində rekord göstərici
qeydə alınıb
Bakı şəhərində mikromobillik infrastrukturunun
inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd şəbəkənin
davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət
iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir. Kəsintisiz
zolağın təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir.
Hazırda paytaxt ərazisində velosiped yollarının
uzunluğu 66,6 km-ə çatdırılıb.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət
Proqramı”na əsasən mikromobillik zolaqlarının uzunluğunun 100 km-ə çatdırılması
planlaşdırılır.
Mikromobillik infrastrukturunun genişləndirilməsi
istifadəçi sayının artmasına da müsbət təsir göstərir. Belə ki, 2026-cı ilin iyun
ayında velosiped və skuterlər 468 751 dəfə sifariş edilib. Mikromobillik
vasitələrinin sifarişində bu, rekord göstərici hesab olunur. Ötən ay velosiped
və skuterdən istifadəçi sayı 238 351 nəfər, qət edilən məsafə isə 1 009 172
km təşkil edib.
Digər xəbərlər
09 Iyul, 2026
Paytaxtdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 42%-i yenilənib
06 Iyul, 2026
Mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb
03 Iyul, 2026
3 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
02 Iyul, 2026
19, 20 iyun tarixlərində gündüz və gecə görülən işlərin xronikası
02 Iyul, 2026
10 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir