Paytaxtda mikromobillik şəbəkəsinin uzunluğu 50 kilometrə çatdırılıb
09 Yanvar, 2026
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
Bakı şəhərində son 2 il ərzində mikromobillik infrastrukturunun inkişaf
etdirilməsi məqsədilə bir sıra layihələr həyata keçirilib. Təkcə 2025-ci il ərzində
15 küçə və prospektdə, həmçinin 2 ərazidə 15 kilometr mikromobillik zolağı çəkilib.
Bununla da şəbəkənin ümumi uzunluğu 50 kilometrə çatdırılıb.
Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli
qaydada velosiped yolları əlaqələndirilir. Şəbəkənin davamlılığına nail olmaq və
mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini
və rahatlığını təmin etmək məqsədilə ötən il mikromobillik zolaqları
paytaxtın Hüseyn Cavid, Xətai və İnşaatçılar prospektləri, Bəxtiyar Vahabzadə,
Mirzağa Əliyev, Abdulla Şaiq, Məmməd Rahim, Mikayıl Müşfiq, Nəcəfqulu Rəfiyev,
İzzət Orucova, Əbdürrəhim bəy Haqverdiyev və Xaqani küçələri, Neftçilər
prospektinin kənar yolu (Ağ Şəhər ərazisi), həmçinin Bulvar və Mərkəzi Park ərazilərində
yaradılıb. Son olaraq işlər Şıxəli Qurbanov və Cəfər Cabbarlı küçələrində həyata
keçirilib.
Görülən işlər nəticəsində müvafiq nişanlanma işləri
aparılıb, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın təmin
edilməsi üçün panduslar inşa olunub. Avtomobillərlə yarana biləcək münaqişəli
nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri təşkil edilib. Şəhərdə
mövcud olan işıqfor dirəklərində velosiped bölmələri quraşdırılıb. Qeyd olunan
istiqamətlərdə işlər davam etdirilir.
Həmçinin paytaxtda skuterlər üçün 700, velosipedlər
üçün isə 564 parklanma məntəqəsi təşkil edilib.
Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə
artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik,
nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın
artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər
üçün şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsinin genişləndirilməsi
davam etdiriləcək.
Digər xəbərlər
16 Aprel, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
15 Aprel, 2026
2, 3 və 4 aprel 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
14 Aprel, 2026
Sürücülərin iş və istirahət rejiminin təmin edilməsi istiqamətində mühüm addım atılıb
13 Aprel, 2026
AYNA “Gəncə KOB evi”ndə sahibkarlara xidmət göstərir
13 Aprel, 2026
AYNA Naxçıvanda təlimlərə başlayıb