Oktyabr ayında mikromobillik vasitələrindən istifadə edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 35% artıb
13 Noyabr, 2026
Mikromobillik
infrastrukturunun inkişafı istiqamətində görülən işlər, zolaqlar şəbəkəsinin
genişləndirilməsi, velosiped və elektrik mühərrikli kiçik nəqliyyat vasitələrindən
istifadənin təşviqi bu nəqliyyat növlərinə marağı xeyli artırıb.
2026-cı ilin oktyabr ayında mikromobillik vasitələri
544 365 dəfə sifariş olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33%
çoxdur. Velosiped və skuterlərdən ötən ay istifadən edənlərin sayı 297 265 nəfər,
qət edilən məsafə isə 2 119 185 kilometr təşkil edib. Bu isə ötən ilin oktyabr
ayı ilə müqayisədə müvafiq olaraq 35% və 31% artım deməkdir.
Nəzərəçarpacaq artım ümumilikdə bu ilin 10 ayında
qeydə alınıb. 2026-cı ilin yanvar-oktyabr ayları ərzində Bakı şəhərində
mikromobillik vasitələri 3 811 106 dəfə sifariş olunub. Bu, ötən ilin müvafiq
dövrü ilə müqayisədə 21% artım deməkdir.
Bu müddət ərzində mikromobillik vasitələrindən
istifadə edənlərin sayı 1 946 866 nəfər təşkil edib. 2025-ci ilin yanvar-oktyabr
aylarının göstəricilərindən bu 19% çoxdur.
Xüsusilə yaxın məsafələrə səfərlər zamanı geniş
istifadə edilən velosiped və skuterlərlə bu ilin yanvar-oktyabr aylarında 10 549
590 km yol qət edilib. Bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 12% artım deməkdir.
Qeyd edək ki, bu rəqəmlər yalnız kirayə xidmətinə
dair məlumatları əks etdirir. Şəxsi velosiped və skuterlərdən istifadə edənləri
də nəzərə alsaq, rəqəmlərin daha çox olduğunu demək olar.
Digər xəbərlər
12 Noyabr, 2026
173A və 173B nömrəli marşrut üzrə avtobuslar yenilənir
11 Noyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
11 Noyabr, 2026
Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb