141

Əsas Xəbərlər

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

11 Noyabr, 2026

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 9, 41, 45, 93, 96 nömrəli şəhərdaxili, 213, 539, 557 nömrəli şəhərətrafı, eləcə də Bakı-Sınıq Körpü, Bakı-Xankəndi-Şuşa, Bakı-Mingəçevir, Bakı-Göyçay, Bakı-Horadiz, Bakı-Qəbələ, Bakı-İsmayıllı, Bakı-Quba, Bakı-Qusar, Sumqayıt-Quba, Gəncə-Şamaxı, Gəncə-Bərdə, Gəncə-Kəlbəcər, Mingəçevir-Gəncə, Şəki-Mingəçevir, Tərtər-Lənkəran, Bərdə-Şəki, Bərdə-Ağsu, Saatlı-Sumqayıt, Beyləqan-Sumqayıt və Zaqatala-Gəncə şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır.


Sənədlər 10 dekabr 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Firdovsi Cahangirov (mob: 077-455-99-06, e-poçt: cahangirov@ayna.gov.az) qəbul ediləcək.


Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.


İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü, Bakı-Xankəndi-Şuşa, Bakı-Mingəçevir, Bakı-Göyçay, Bakı-Horadiz, Bakı-Qəbələ, Bakı-İsmayıllı, Bakı-Quba və Bakı-Qusar istiqamətlərində 12 lot üzrə dekabrın 11-də;


Sumqayıt-Quba, Gəncə-Şamaxı, Gəncə-Bərdə, Gəncə-Kəlbəcər, Mingəçevir-Gəncə, Şəki-Mingəçevir, Tərtər-Lənkəran, Bərdə-Şəki, Bərdə-Ağsu, Saatlı-Sumqayıt, Beyləqan-Sumqayıt və Zaqatala-Gəncə istiqamətlərində 12 lot üzrə dekabrın 15-də;


Paytaxtın 539 nömrəli (Abşeron “DOST Mərkəzi” – “Binə” ticarət mərkəzi), 557 nömrəli (Müşfiqabad qəsəbəsi – “Sədərək” ticarət mərkəzi – “Abşeron” ticarət mərkəzi) şəhərətrafı və 9 nömrəli (Yasamal yaşayış kompleksi (MİDA) – metronun “Nəriman Nərimanov” stansiyası) şəhərdaxili marşrutları üzrə 3 lotda dekabrın 18-də;


41 nömrəli (metronun "Azadlıq prospekti" stansiyası – Binəqədi qəsəbəsi), 45 nömrəli (metronun "Azadlıq prospekti" stansiyası – M.Ə.Rəsulzadə qəsəbəsi), və 93 nömrəli (Sabunçu qəsəbəsi – metronun "Dərnəgül" stansiyası) şəhərdaxili marşrutları üzrə 3 lotda dekabrın 22-də;


96 nömrəli (“Avtovağzal” NMM – Xarici İşlər Nazirliyi) şəhərdaxili və 213 nömrəli (Əmircan qəsəbəsi – metronun “Qara Qarayev” stansiyası) şəhərətrafı marşrutları üzrə 2 lotda dekabrın 25-də baxılacaq.


Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək mümkündür.

Xəbəri sosial platformalarda paylaş: