Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb
11 Noyabr, 2026
Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar
respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin
nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün
gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Şəhərlərarası və rayonlararası marşrutlar üzrə
sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.
6-10 noyabr tarixlərində Bakı Beynəlxalq
Avtovağzal Kompleksindən (BBAK) bölgələrə 1280 reys həyata keçirilib, 37707 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil
başına çatdırılıb.
Adi günlərlə müqayisədə sərnişin tələbatını
qarşılamaq üçün əlavə olaraq 220-dən çox reys həyata
keçirilib.
Bu müddət ərzində regionların avtovağzal və
avtostansiyalarından müxtəlif istiqamətlərə 4535 reyslə 55197 sərnişin daşınıb.
Biletlər avtovağzalların kassalarından, eləcə də https://biletim.az/
portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Sərnişinlərin 50%-i
biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.
Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin
tələbatı tam qarşılanıb və onların təhlükəsiz mənzil başına çatdırılması təmin
edilib.
Digər xəbərlər
11 Noyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq