NFC ödənişləri daha bir daşıyıcının avtobuslarında tətbiq edilir
26 Dekabr, 2025
Bu
gündən “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan marşrut xətləri üzrə
avtobuslarda NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də “Apple
Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi aktivləşdirilib.
Sərnişinlərə
əlavə üstünlüklər təqdim edən yeni sistem sayəsində artıq nağd pul və ya fiziki
“BakıKart”ın daşınmasına ehtiyac qalmır. İctimai nəqliyyat istifadəçiləri telefon,
ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr
içində ödəniş edə bilirlər. Bunun üçün cihazı validatora yaxınlaşdırmaq kifayətdir
– ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.
Sərnişinlər
avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkli yerli bank kartları, həmçinin
smartfon və fiziki kartdan istifadə etməlidirlər.
NFC ödəniş
texnologiyasının digər daşıyıcı operatorların marşrutları üzrə də mərhələli şəkildə
genişləndirilməsi nəzərdə tutulub.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir