Naxçıvanda yol nişanları yenilənir
26 May, 2026
Naxçıvan Muxtar Respublikasında yollarda təhlükəsizliyin artırılması məqsədilə küçə və prospektlərdə mövcud nişanlara baxış keçirilib.
Standartlara və
normativ-texniki tələblərə cavab verməyən, yararsız vəziyyətdə olan, istismar
müddəti bitmiş yol nişanlarının müəyyən edilməsi istiqamətində iş aparılıb.
Monitorinqin nəticələrinə əsasən,
sözügedən yol nişanlarının müasir standartlara uyğun yeniləri ilə əvəzlənməsi zəruri
hesab edilib.
Hazırda Naxçıvanda müvafiq yol
nişanlarının standartlara uyğun dəyişdirilməsi həyata keçirilir.
İlkin mərhələdə 650 yol nişanı
yenilənib. Proses davam etdirilir.
Digər xəbərlər
25 May, 2026
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
23 May, 2026
WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb
22 May, 2026
Daha bir ünvanda ödənişsiz parklanma məntəqələri və minib-düşmə yerləri yaradılıb