Naxçıvana gedən yük nəqliyyat vasitələrinin xərcləri azalıb
26 Aprel, 2023
Naxçıvana yanacaq daşıyan nəqliyyat vasitələrindən İran tərəfinin təhlükəli yüklərin daşınmasına görə aldığı yol vergisinin məbləği 320 ABŞ dolları, digər xərclər isə 25 ABŞ dolları azaldılıb. Artıq Azərbaycan daşıyıcıları İrana və İrandan təhlükəli yüklərin daşınmasını həyata keçirərkən 520 ABŞ dolları deyil, 175 ABŞ dolları ödəyirlər. Həmçinin ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə verginin məbləğinin 38 tondan deyil, 41 tondan sonra hesablanması təsdiqlənib. Yüksüz maşınlar üçün rüsumun məbləği isə 105 ABŞ dollarından 80 ABŞ dollarına endirilib.
Razılaşdırılmış azadolmalar 2023-cü ilin aprel ayından etibarən tətbiq edilir.
Qeyd edək ki, tətbiq edilən azadolmalar nəticəsində bu istiqamətdə beynəlxalq avtomobil daşımalarını həyata keçirən milli daşıyıcıların xərcləri təxminən 3 dəfəyə qədər azalır. Bu da daşıyıcıların maliyyə vəziyyətinin yaxşılaşmasına və avtomobil nəqliyyatı parkının sürətli yenilənməsinə ciddi töhfə verəcək.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir