Naxçıvana avtobus reyslərinin sayı artırılıb
03 Noyabr, 2023
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun hərəkət qrafikində saat 19:00-a daha bir reys əlavə olunub. Bununla da reyslərin sayı 4-ə çatdırılıb.
Hazırda sərnişinlər biletim.az portalı üzərindən saat 09:00, 19:00, 20:00 və 21:00 reyslərinə bilet əldə edə bilərlər.
Qeyd edək ki, Azərbaycan-İran Birgə Qarışıq Komissiyasının Bakıda keçirilən iclasında Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayının artırılması barədə razılıq əldə olunub. İlkin mərhələdə marşrutun hərəkət qrafikinə 1 reys əlavə edilib. Növbəti mərhələdə reyslərin sayının 6-ya qədər artırılması planlaşdırılır.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir