Naxçıvan şəhərində müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
05 Yanvar, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin
artırılması ilə bağlı tədbirlər çərçivəsində Naxçıvan şəhəri üzrə 1, 2, 3, 4,
5, 6, 7, 8 və 9 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm
şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair
müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər
3 fevral 2026-cı il, saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində
(ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov
(Mob: 077-455-99-06, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd
edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim
olunmalıdır.
İddiaçıların
təkliflərinə komissiya tərəfindən 1 nömrəli (Əliabad qəsəbəsi – Yeni Naxçıvan
yaşayış massivi), 2 nömrəli (Tumbul kəndi - Əyləncə adası), 3 nömrəli (Olimpiya
İdman Kompleksi) və 4 nömrəli (“Araz” İstehsalat Birliyi - Əliabad qəsəbəsi) şəhərdaxili
avtobus marşrutları üzrə 4 lotda fevralın 17-də;
5 nömrəli
(Elektrik yarımstansiyası - Xalçaçılıq fabriki), 6 nömrəli (Babək şəhəri - Zəfər
parkı), 7 nömrəli (Qaraçuq kəndi - “Cahan” ticarət mərkəzi), 8 nömrəli (Xəlilli
kəndi - “Cahan” ticarət mərkəzi) və 9 nömrəli (Daşınmaz Əmlak Məsələləri üzrə
Dövlət Xidməti - Yeni Naxçıvan yaşayış massivi) şəhərdaxili avtobus marşrutları
üzrə 5 lotda fevralın 20-də baxılacaq.
Lotlar
üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan
əldə edə bilərsiniz.
Şəhərlərarası
(rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə
uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma
sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılmasıdır.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir