Naxçıvan şəhəri üzrə keçirilən müsabiqələrin qalibi müəyyən edilib
18 Fevral, 2026
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində
qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı
olaraq Naxçıvan şəhərində 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 nömrəli şəhərdaxili, eləcə
də paytaxtın 142 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin
qalibləri müəyyən edilib.
Naxçıvan şəhərində 1 nömrəli (Əliabad qəsəbəsi –
Yeni Naxçıvan yaşayış massivi), 2 nömrəli
(Tumbul kəndi – Əyləncə adası), 3 nömrəli (Olimpiya İdman Kompleksi), 4 nömrəli
(“Araz” İstehsalat Birliyi – Əliabad qəsəbəsi), 5 nömrəli (Elektrik
yarımstansiyası – Xalçaçılıq fabriki), 6 nömrəli (Babək şəhəri – Zəfər parkı), 7
nömrəli (Qaraçuq kəndi – “Cahan” ticarət mərkəzi), 8 nömrəli (Xəlilli kəndi –
“Cahan” ticarət mərkəzi) və 9 nömrəli (Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidməti
– Yeni Naxçıvan yaşayış massivi) şəhərdaxili marşrutlar üzrə hüquqi şəxs
"BakuBus" MMC qalib elan olunub.
Paytaxtın 142 nömrəli (metronun "20
Yanvar" stansiyası – Masazır kəndi) şəhərətrafı marşrutu üzrə müsabiqənin qalibi
isə hüquqi şəxs "Çinar-Trans" MMC-dir.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən
“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil
olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə
uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd
sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və
rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın
təmin olunmasıdır.
Digər xəbərlər
16 Aprel, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
15 Aprel, 2026
2, 3 və 4 aprel 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
14 Aprel, 2026
Sürücülərin iş və istirahət rejiminin təmin edilməsi istiqamətində mühüm addım atılıb
13 Aprel, 2026
AYNA “Gəncə KOB evi”ndə sahibkarlara xidmət göstərir
13 Aprel, 2026
AYNA Naxçıvanda təlimlərə başlayıb