Nəqliyyat Təlim və Tədris Mərkəzinin müəllim heyəti beynəlxalq təlimdə iştirak edir
19 Iyul, 2022
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Nəqliyyat Təlim və Tədris Mərkəzinin müəllim heyəti “Yol hərəkəti təhlükəsizliyi” təlimində iştirak edir. Təlimin təşkilatçısı Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin Cənubi Qafqazda “Özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” proqramıdır.
6 günlük proqramı Alman Yol Təhlükəsizliyi Komissiyasında akkreditə olunmuş “Hurmoğlu Education and Consultancy – HED Academy”nin (Türkiyə) mütəxəsisləri keçirlər.
Bu təlim logistika və nəqliyyatda kiçik və orta müəssisələrə təcrübələrini artırmaq, yol-nəqliyyat hadisələrinin qarşısını almaq, yol daşımalarında təhlükəsizliyi gücləndirməyə kömək edəcək.
İştirakçılar sertifikat əldə etdikdən sonra gələcəkdə təlim mövzularını tədris etmək imkanı qazanacaqlar.
Qeyd edək ki, Nəqliyyat Təlim və Tədris Mərkəzində sürücülük, iş və istirahət rejiminin xüsusiyyətləri, habelə avtomobil nəqliyyatı ilə yüklərin daşınmasını tənzimləyən normativ hüquqi aktlar üzrə də təlimlər keçirilir. Nəqliyyat xidmətləri təqdim edən mərkəzin təhsilə əlçatanlığını artırmaq üçün Gəncə, Şirvan, Lənkəran və Biləsuvarda regional filialları fəaliyyət göstərir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir