Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
17 Avqust, 2026
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma
xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 161, 162,
166, 108A, 118A, 218, 522A, 522B nömrəli
şəhərətrafı, 51 nömrəli şəhərdaxili, Bakı-İmişli, Bakı-Qusar, Bakı-Quba,
Bakı-Xudat, Sumqayıt-Quba, Gəncə-Horadiz, Mingəçevir-Gəncə, Mingəçevir-Ağdam, Şəki-Bərdə,
Şəki-Qəbələ, Qəbələ-Mingəçevir, Bərdə-İmişli, Tərtər-Mingəçevir, Ağcabədi-Gəncə
və Zərdab-Mingəçevir şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq
edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun
olaraq təşkil edilir.
Sənədlər 15 sentyabr 2026-cı il saat 17:00-dək Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici
şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul
ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı,
ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-İmişli,
Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat və Sumqayıt-Quba istiqamətlərində 6 lot üzrə sentyabrın
25-də;
Gəncə-Horadiz,
Mingəçevir-Gəncə, Mingəçevir-Ağdam, Şəki-Bərdə və Şəki-Qəbələ istiqamətlərində
6 lot üzrə sentyabrın 29-da;
Qəbələ-Mingəçevir, Bərdə-İmişli, Tərtər-Mingəçevir,
Ağcabədi-Gəncə və Zərdab-Mingəçevir istiqamətlərində 5 lot üzrə oktyabrın 2-də;
Paytaxtın 161 nömrəli (Əmircan qəsəbəsi – Hövsan qəsəbəsi),
162 nömrəli (Ramana Yeni yaşayış kompleksi – "Koroğlu" NMM), 166 nömrəli
(Maştağa qəsəbəsi – Naxçıvanski küçəsi) və 218 nömrəli (Türkan qəsəbəsi –
metronun “Əhmədli” stansiyası) şəhərətrafı marşrutları üzrə 4 lotda oktyabrın 6-da;
Paytaxtın 51 nömrəli (Bəkir Çobanzadə küçəsi –
Polad Həşimov küçəsi) şəhərdaxili, 108A nömrəli (metronun "Azadlıq
prospekti" stansiyası – Fatmayı bağları), 118A nömrəli (“Koroğlu” NMM –
Zabrat qəsəbəsi), Sumqayıt şəhərinin 522A nömrəli (Sülh prospekti – Saray qəsəbəsi,
Heydər Əliyev küçəsi) və 522B nömrəli (Sülh prospekti – Saray qəsəbəsi, 28 May
küçəsi) şəhərətrafı marşrutları üzrə 5 lotda oktyabrın 9-da baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı
buradan
əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili
(rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Digər xəbərlər
14 Avqust, 2026
Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil olunub
13 Avqust, 2026
6 yeni ekspres marşrutu avqustun 14-dən fəaliyyətə başlayır
12 Avqust, 2026
Naxçıvanda ekoloji təmiz ictimai nəqliyyat sistemi qurulub
11 Avqust, 2026
Şəhərlərarası marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
10 Avqust, 2026
9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib