Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
17 Mart, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin
artırılması ilə bağlı tədbirlər çərçivəsində 161, 162, 185, 198 və 551 nömrəli şəhərətrafı, 333 nömrəli qəsəbədaxili, eləcə də Bakı–Gəncə, Bakı–Mingəçevir,
Bakı-Şəki, Bakı–Göyçay, Bakı-Ağcabədi, Bakı-Astara, Bakı-Horadiz, Lənkəran-Astara,
Astara-Lənkəran, Mingəçevir–Yevlax və Yevlax-Mİngəçevir şəhərlərarası avtobus
marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm
şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair
müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər
15 aprel 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində
(ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov
(Mob 077-455-99-06, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd
edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim
olunmalıdır.
İddiaçıların
təkliflərinə komissiya tərəfindən
Bakı–Gəncə,
Bakı–Mingəçevir, Bakı-Şəki, Bakı-Göyçay, Bakı-Ağcabədi və Bakı-Astara istiqamətlərində
7 lot üzrə mayın 5-də;
Bakı-Horadiz,
Lənkəran-Astara, Astara-Lənkəran, Mingəçevir–Yevlax və Yevlax-Mİngəçevir istiqamətlərində
5 lot üzrə mayın 8-də;
161 nömrəli
(Əmircan qəsəbəsi - Hövsan qəsəbəsi), 162 nömrəli (Ramana Yeni yaşayış
kompleksi - "Koroğlu" NMM), 185 nömrəli (Kürdəxanı qəsəbəsi - Qara
Qarayev prospekti), 198 nömrəli (“Koroğlu” NMM - Zabrat qəsəbəsi) şəhərətrafı, 333
nömrəli (Binə qəsəbəsi (Yeni yaşayış massivi) - (Sovxoz yaşayış massivi)) qəsəbədaxili
və 551 nömrəli (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – “Atyalı” yaşayış
massivi) şəhərətrafı avtobus marşrutları üzrə 6 lotda mayın 12-də baxılacaq.
Lotlar
üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan
əldə edə bilərsiniz.
Şəhərlərarası
(rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə
uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma
sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılmasıdır.
Digər xəbərlər
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
01 Iyun, 2026
161 və 162 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərir