Müntəzəm marşrut xətləri üzrə avtobuslar üçün xüsusi zolaqların təşkili davam etdirilir
08 Avqust, 2023
Daha bir küçədə xüsusi avtobus zolağının təşkili işləri yekunlaşıb. Bu çərçivədə Zivər bəy Əhmədbəyov küçəsi boyunca avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilib və zolağın qüvvədə olduğunu bildirən yol nişanı qoyulub.
Sürücülərdən xahiş edirik ki, qeyd olunan küçədə xüsusi avtobus zolaqlarının və yol nişanının tələbinə əməl etsinlər.
Məlumat üçün bildirək ki, Zivər bəy Əhmədbəyov küçəsindən gün ərzində ümumilikdə 7 müntəzəm marşrut xətti üzrə 110-a yaxın avtobus keçir.
Zolağın tələbinə əməl etməklə siz gün ərzində orta hesabla 90.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan çatmasına şərait yaradacaqsız.
Sosial məsuliyyət nümayiş etdirib avtobusların sərbəst hərəkətinə imkan yaradacağınıza ümid edir və buna görə əvvəlcədən təşəkkürümüzü bildiririk.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir