Mikromobillik vasitələrindən istifadə edənlərin sayı 2 dəfədən çox artıb
12 Mart, 2026
Mikromobillik infrastrukturunun inkişafı istiqamətində
görülən işlər, şəhər konsepsiyası üzrə mikromobillik zolaqları şəbəkəsinin
genişləndirilməsi, velosiped və elektrik mühərrikli kiçik nəqliyyat vasitələrindən
istifadənin təşviqi bu nəqliyyat növlərinə marağı xeyli artırıb.
Bu ilin fevral ayı ərzində Bakı şəhəri üzrə
mikromobillik vasitələri 219 412 dəfə sifariş olunub. Bu, ötən ilin müvafiq
dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. Belə ki, ötən ilin müvafiq dövründə mikromobillik
vasitələri 83 415 dəfə sifariş edilib.
Nəzərəçarpacaq artım xüsusilə velosipedlərin
sifarişində qeydə alınıb – 8,8 dəfə. Belə ki, 2025-ci ilin fevralında velosiped
7349 dəfə sifariş olunduğu halda, bu ilin müvafiq dövründə 64 339 dəfə sifariş
edilib.
Cari ilin fevral ayında alternativ nəqliyyat növü
kimi mikromobillik vasitələrindən istifadə edənlərin sayı 110 658 nəfər təşkil
edib. Bu, 2025-ci ilin fevral ayının göstəricilərindən 2,2 dəfə çoxdur. Ötən
ilin fevralında mikromobillik vasitələri istifadəçilərinin sayı 50 910 nəfər
olub.
Xüsusilə yaxın məsafələrə səfərlər zamanı geniş
istifadə edilən velosiped və skuterlərlə bu ilin fevral ayında 434 min kilometrdən
çox yol qət edilib. Bu, ötən illə müqayisədə 2 dəfədən çoxdur. 2025-ci ilin
fevralında mikromobillik vasitələri ilə qət edilən məsafə 201 min kilometr təşkil
edib.
Qeyd edək ki, bu rəqəmlər yalnız kirayə xidmətinə
dair məlumatları əks etdirir. Şəxsi velosiped və skuterlərindən istifadə edənləri
də nəzərə alsaq, rəqəmlərin daha çox olduğunu demək olar.
Aktiv mobillik tədbirlərinin həyata keçirilməsi
üçün mikromobillik infrastrukturu genişləndirilir.
Hazırda mikromobillik zolağının ümumi uzunluğu 60,5
kilometr təşkil edir. Şəbəkənin uzunluğunun 100 kilometrə çatdırılması
planlaşdırılır. Görülən işlər çərçivəsində skuterlər üçün 872, velosipedlər
üçün isə 623 parklanma məntəqəsi təşkil edilib. Hazırda icarəyə verilən skuter
sayı 5018, velosiped sayı isə 2200-dür.
Əhali arasında mikromobillik vasitələrinə artan
marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyat
sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və
sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər
konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsinin genişləndirilməsi
davam etdiriləcək.
Digər xəbərlər
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
01 Iyun, 2026
161 və 162 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərir