Metro xətlərinin ayrılması ilə bağlı AYNA-nın dəstəkləyici tədbirləri
04 Avqust, 2026
“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin
ayrılması layihəsi çəçivəsində “28 May” və “Nizami” stansiyaları arasında
qatarların hərəkəti inşaat işləri bitənə qədər dayandırılacaq.
“28 May” və “Nizami” stansiyaları arasında birbaşa
metro əlaqəsinin olmaması səbəbindən yaranacaq
çətinliklər nəzərə alınaraq,
yerüstü nəqliyyatda əlavə dəstəkləyici tədbirlərin təşkilinə dair qərar
qəbul olunub. Belə ki, AYNA tərəfindən əlavə
ekspres xətlərin yaradılması və mövcud xətlərin gücləndirilməsi ilə bağlı tədbirlər
görülməsi nəzərdə tutulur. Layihənin icrasına başlanıldığı vaxtdan etibarən müxtəlif istiqamətlərdə 6 yeni
ekspres avtobus marşrutu istifadəyə veriləcək və bir sıra mövcud marşrut xətlərindəki
nəqliyyat vasitələrinin sayı artırılacaq.
Avtobusların hərəkəti metronun iş rejiminə
uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək davam edəcək.
Yeni ekspres xətləri bunlardır:
M1 – Metronun “Elmlər Akademiyası” və “28 May”
stansiyaları arasında
M2 – Metronun “İnşaatçılar”, “Nizami” və “28 May”
stansiyaları arasında
M3 – Metronun “20 Yanvar”, “Nizami” və “28 May”
stansiyaları arasında
M4 – Metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları arasında
M5 – Metronun “20 Yanvar” və “Gənclik” stansiyaları arasında
M6 – Metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında
Əlavə olaraq 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133,
165,199, 202 nömrəli marşrutlarda avtobusların sayı artırılacaq və intervalı
aşağı salınacaq. Metronun bağlanması müddəti ərzində əlavə tələbat yaranacaq
marşrutlarda avtobus sayının artırılması nəzərdə tutulur.
Sərnişinlər alternativ marşrutlar barədə məlumatı
“AYNA MaaS” tətbiqi vasitəsilə də əldə edə bilərlər.
Layihənin icra müddətində metronun “28 May”, “20
Yanvar”, “İnşaatçılar” və “Elmlər
Akademiyası” stansiyalarının qarşısında könüllülər sərnişinlərə dəstək göstərəcəklər.
Ətraflı
videomaterialda: https://www.youtube.com/watch?v=VOPC6mGYGlQ
Digər xəbərlər
03 Avqust, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
03 Avqust, 2026
51 və 118A nömrəli marşrutlar üzrə avtobuslar yenilənir
31 Iyul, 2026
135 nömrəli marşrutun avtobusları dəyişdirilir
30 Iyul, 2026
20, 21, 22 iyul tarixlərində gündüz və gecə görülən işlərin xronikası
30 Iyul, 2026
“Biletim.az” portalında funksionallıq artırılıb