May ayının 31-də Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtobuslar regionlarımıza yola düşəcək.
30 May, 2021
Sabah-may ayının 31-də saat 09:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksində 1 il 2 ay davam edən fasilədən sonra ilk avtobuslar regionlarımıza yola düşəcək. Məlumat üçün bildirək ki, BBAK-dan 72 istiqamət üzrə 663 avtobus sabahdan etibarən xidmətə cəlb olunub. Səfərdən öncə avtovagzal.az saytında şəhərlərarası (rayonlararası) sərnişindaşımanı həyata keçirən avtobusların fəaliyyətinə dair və şəhərlərarası (rayonlararası) avtobus marşrutlarının fəaliyyətinin bərpa edilməsi ilə bağlı avtovağzallara dair təlimatla tanış olmağınız tövsiyyə edilir!
Şuşaya və işğaldan azad olunan regionlarımıza da gələcəkdə səfər ümidi ilə, Allah yolunuzu açıq və rəvan etsin!
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir