M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
11 Sentyabr, 2026
Metro xətlərinin ayrılması ilə əlaqədar sərnişinlərin
ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə aparılmış təhlillərə əsasən,
AYNA-nın dəstəkləyici tədbirləri çərçivəsində daha
bir ekspres
marşrut xətti təşkil edilir.
Metronun
"Elmlər Akademiyası" və "Nizami" stansiyalarından "Qara
Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli"
və "Həzi Aslanov" stansiyaları istiqamətində artan sərnişin tələbatını
qarşılamaq üçün sentyabrın 13-dən M9 nömrəli ekspres marşrutu fəaliyyətə
başlayacaq.
Avtobusların
"Elmlər Akademiyası" metrostansiyasındakı dayanacağı Hüseyn Cavid
prospekti, “Həzi Aslanov” metrostansiyasında isə Məhəmməd Hadi küçəsi, metronun
qarşısı təyin edilib.
Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan
00:00-dək təşkil ediləcək.
Digər xəbərlər
11 Sentyabr, 2026
Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
11 Sentyabr, 2026
“Koroğlu” metrostansiyasının qarşısında ekspres avtobuslar üçün əlverişli şərait yaradılıb
10 Sentyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
07 Sentyabr, 2026
M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb
04 Sentyabr, 2026
Yarışla əlaqədar müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir