Daha bir elektron tərəzi quraşdırılıb
25 Noyabr, 2026
Yol infrastrukturunun qorunması, yolların istismar müddətinin
uzadılması, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ümumi istifadədə
olan avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin
quraşdırılması davam etdirilir.
Növbəti elektron tərəzi M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət
sərhədi avtomobil yolunun 191,3-cü km-də, Qusar rayonunun Samur qəsəbəsində
paytaxt istiqamətində quraşdırılıb.
Noyabrın 30-dan bu elektron tərəzi vasitəsilə nəzarət tədbirlərinin həyata
keçirilməsinə başlanılacaq.
Qeyd edək ki, avtomobil yollarında yeni texnologiyaya əsaslanan
elektron tərəzilərin quraşdırılması mərhələli şəkildə həyata keçirilir.
Elektron tərəzilər yük nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərinə
riayət olunmasına avtomatlaşdırılmış qaydada nəzarət etməyə imkan verir.
Yük nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini aşmaqla
ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə bağlı inzibati xəta
elektron tərəzilər vasitəsilə aşkar edildikdə, bu barədə məlumatlar real vaxt
rejimində elektron formada birbaşa mərkəzi informasiya sisteminə ötürülür və
inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır.
Daşıyıcılardan qanunvericiliklə müəyyən edilmiş qabarit, çəki və yüklə
birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərə ciddi riayət etmələri
xahiş olunur.
Digər xəbərlər
25 Noyabr, 2026
Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
24 Noyabr, 2026
“Sabah” – “Barselona” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
24 Noyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
24 Noyabr, 2026
Bakıda avtobuslarla sərnişindaşımada 8 faizdən çox artım qeydə alınıb
23 Noyabr, 2026
AYNA Sumqayıt Dövlət Universitetində mikromobillik üzrə maarifləndirici sessiya keçirib