“Biletim.az” portalında yeni ödəniş imkanları yaradılıb
26 Noyabr, 2026
“Biletim.az”
portalı ilə “Birbank” arasında əməkdaşlıq çərçivəsində sərnişinlər üçün yeni ödəniş
imkanları yaradılıb.
Yeniliklərə
əsasən, sərnişinlər “BirPay” vasitəsilə ödəniş edə, topladıqları “Bir
Bonus”lardan bilet alışında istifadə edə biləcəklər. Həmçinin ödənilmiş biletlər
geri qaytarıldıqda, ödəniş məbləği dərhal sərnişinlərin hesabına köçürüləcək. Əməkdaşlıq
çərçivəsində komissiya xərclərinin azaldılması isə bilet alışına görə ödənilən ümumi
məbləğin daha aşağı olmasına imkan yaradacaq.
Qeyd
edək ki, “biletim.az” portalı vasitəsilə 62 məntəqəyə 98 istiqamət üzrə bilet
almaq mümkündür. Sistemə 378 reys üzrə 426 nəqliyyat vasitəsi qoşulub. Onlayn
bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən
bütün daşıyıcıları və avtovağzalları əhatə edəcək.
Vətəndaşlara
mənzil başına daha rahat və təhlükəsiz çatmaq üçün biletləri onlayn qaydada
“Biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
Digər xəbərlər
25 Noyabr, 2026
Daha bir elektron tərəzi quraşdırılıb
25 Noyabr, 2026
Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
24 Noyabr, 2026
“Sabah” – “Barselona” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
24 Noyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
24 Noyabr, 2026
Bakıda avtobuslarla sərnişindaşımada 8 faizdən çox artım qeydə alınıb