Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yanında Qanunvericilik və İdarəetmə üzrə içşi qrupunun iclası keçirilib.
18 Sentyabr, 2020
17 sentyabr 2020-ci il tarixində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yanında Qanunvericilik və İdarəetmə üzrə içşi qrupunun iclası keçirilib.
Görüşdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev də onlayn iştirak edib.
Onlayn müzakirə zamanı “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın avtomobil nəqliyyatı ilə daşımalarına dair bəndləri ilə əlaqədar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təklifləri də səsləndirilib.
İbrahim Əliyev öz çıxışında qeyd edib ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun, əlaqədar normativ hüquqi aktların və İnzibati Xətalar Məcəlləsinin 324-cü maddəsinin avtomobil nəqliyyatı ilə daşımalara icazənin tətbiqi ilə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması vacibdir.
Avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər və onların işçiləri arasında olan əmək münasibətlərinə nəzarət funksiyalarının həyata keçirilməsi üçün mövcud qanunvericilikdə dəyişikliklər edilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müvafiq səlahiyyətlərin verilməsinin zəruriliyi görüş iştirakçılarını diqqətinə çatdırılıb.
Qeyri-formal şəkildə beynəlxalq və ölkədaxili sərnişin və yük daşıma fəaliyyəti göstərilməsinin qarşısının alınması məqsədi ilə sahibkarlarla əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı məlumatlandırma məqsədi daşıyan təbliğat işlərinin həyata keçirilməsinin mühim əhəmiyyət kəsb edildiyi xüsusi vurğulanıb.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir