“Koroğlu” NMM-də hərəkət istiqamətləri dəyişdiriləcək
22 Iyun, 2026
Yaxın günlərdə "Koroğlu" Nəqliyyat
Mübadilə Mərkəzi (“Piramida” tərəf)
yaxınlığında hərəkət istiqamətləri dəyişdiriləcək.
Aparılan təhlillər göstərir ki, hazırda NMM-dən
çıxış hissəsində, xüsusilə də Heydər Əliyev prospekti və Bəşir Bünyadov küçəsi
istiqamətində nəqliyyat vasitələrinin qanunsuz dayanma və durmaları nəticəsində
avtobusların hərəkətində ciddi ləngimələr yaranır. Bu hal ictimai nəqliyyatın hərəkət
qrafikinin pozulmasına səbəb olur.
Mövcud problemlərin aradan qaldırılması məqsədilə
xüsusi hərəkət zolağı təşkil olunacaq. Avtobusların NMM-dən çıxışının da eyni
yol sahəsi vasitəsilə birbaşa Heydər Əliyev prospektinə təmin edilməsi, bununla
da ləngimələrin minimuma endirilməsi
planlaşdırılır.
Digər nəqliyyat vasitələri yeni trayektoriya ilə
Milli Gimnastika Arenası və "Koroğlu" dəmiryol dayanacağı istiqamətində
hərəkət edə biləcəklər.
Digər xəbərlər
22 Iyun, 2026
2 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
22 Iyun, 2026
5,6,8 və 9 iyun tarixlərində gündüz və gecə görülən işlərin xronikası
19 Iyun, 2026
149E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
19 Iyun, 2026
AYNA ictimai nəqliyyat üzrə mötəbər beynəlxalq təşkilatın üzvü oldu
19 Iyun, 2026
Daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edilib